Xəbər lenti

Dünya 23:21 20.12.2023

Litvanın Rusiya ilə sərhəddə alman qoşunlarını saxlamağa pulu yoxdur - KİV

Litvanın Almaniya ordusu briqadasının hissələrini saxlamaq üçün kifayət qədər vəsaiti yoxdur. 

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" qəzeti mənbələrə istinadən yazıb.

"itva uzun müddətdir ki, ölkədə alman döyüş briqadası yerləşdirməkdə israrlıdır. Lakin indi bu layihə Vilnüs hökuməti üçün əhəmiyyətli çətinliklər yaradır. Hər şey pulla bağlıdır", deyə nəşr yazır.

"Spiegel" Almaniya səfirliyinin məxfi yazışmalarına istinadən xəbər verir ki, növbəti iki il üçün müvafiq hərbi infrastrukturun maliyyələşdirilməsi Litva üçün ciddi maliyyə problemi yaradır.

Bundan əvvəl Litvanın müdafiə naziri Arvydas Anusauskas ölkəyə köçürülən alman ordusu briqadasının əsas hissələrinin 2025-ci ildə gəlməyə başlayacağını bildirmişdi. Onlar tam döyüş hazırlığına 2027-ci ildə çatacaqlar.

Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius isə qoşunların Litvada tezliklə yerləşdirilməsini tarixi məqam adlandırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->