İdman 10:16 27.12.2023

"Liverpul" Məhəmməd Salahla bağlı qərar verdi

"Liverpul" ulduz futbolçusu Məhəmməd Salahla bağlı qərar verib.

Qaynarinfo chempionat.com-a istinadən xəbər verir ki, klub futbolçu ilə yeni müqavilə imzalamağa yaxındır.

Keçən iyulda misirli "qırmızılar"la yeni müqavilə imzalayıb, anlaşma 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 2023-cü ilin dekabrında Britaniya mətbuatında Salahın mümkün satışı ilə bağlı məlumatlar peyda olub və onun əvəzinə "Liverpul”un "Bavariya"dan hücumçu Leroy Zanı alacağı iddia edilib. Qeyd edilirdi ki, Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Lakin indi iddia edilir ki, "Liverpul" misirli hücumçu ilə müqaviləni 2027-ci ilin yayına qədər uzatmaq niyyətindədir.

Məhəmməd Salah "Liderpul"a 2017-ci ildə İtaliyanın "Roma" klubundan keçib. Bu mövsüm o, İngiltərə klubunun heyətində bütün turnirlərdə 26 oyun keçirib, 16 qol vurub və 8 məhsuldar ötürmə edib. Nüfuzlu "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 65 milyon avro qiymətləndirir.

Aydın