Xəbər lenti

Dünya 16:47 26.03.2024

Lukaşenko Belarusla sərhədi pozanların hamısını “məhv etməyi” əmr etdi

Çərşənbə axşamı, martın 26-da Belarus prezidenti Aleksandr Lukaşenko sərhəd pozucuları ilə "oynamamağı” və onların məhv edilməsi əmrini verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Belta” məlumat yayıb.

"Mən açıq deyəcəyəm: istənilən təxribat silahlı vasitələrlə dayandırılmalıdır. Onlarla zarafat etməyin mənası yoxdur. Dövlət sərhədini pozsalar, məhv ediləcəklər”.

Belarus prezidenti deyib ki, "heç kim onlarla oyun oynamamalıdır”.

"Çünki burnumuzu sallasaq, bilirsiniz nə olacaq... Ona görə də dövlət sərhədinin istənilən pozulması məhvə məhkum edilməlidir. Onlar ancaq gücü başa düşürlər”, - deyə o bildirib.

Fevralın 16-da Lukaşenko bildirib ki, Belarus təhlükəsizlik qüvvələri Ukrayna ilə sərhəddə "təxribat” hazırlayan "ukraynalı diversantları” saxlayıblar.

Bir gün əvvəl Belarus DTK-sı Ukrayna ilə sərhəddə yerləşən Qomel vilayətinin Lelçitsi rayonunda "antiterror əməliyyatı” rejiminin tətbiq edildiyini açıqlayıb. 

Ukrayna Dövlət Sərhəd Xidməti cavab olaraq bildirib ki, Lukaşenkonun sərhəddə saxlanıldığı iddia edilən "ukraynalı diversantlar” haqqında dediyi sözlər onun Rusiya tərəfində oynamaqda davam etməsi faktını təsdiqləyir.

"Lukaşenko terrorçu Rusiyanın tərəfində oynamaqda davam edir. Onun bugünkü sözləri bunun bir daha təsdiqidir. Belə sözlər əlbəttə ki, bizim gülüşümüzə səbəb ola bilər, lakin onun daxili auditoriyası üçün belə çağırışlar etmək lazımdır ki, səbəbsiz də olsa, Ukraynadan təhlükənin gəldiyini qeyd etsin”, - Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->