Xəbər lenti

Dünya 21:21 31.12.2023

Lukaşenko DTK qarşısına vəziyyətə nəzarəti gücləndirmək vəzifəsi qoydu

Belarus prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsi (DTK) qarşısında ölkədə əməliyyat vəziyyətinə nəzarəti gücləndirmək vəzifəsi qoyub. 

Qaynarinfo xəbər verir ki, bu barədə BELTA komitənin sədri İvan Tertelə istinadən məlumat yayıb.

"Dövlət başçısı əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi və fövqəladə halların qarşısının alınmasını qarşıya məqsəd qoyub", deyə İvan Tertel bildirib.

Onun sözlərinə görə, DTK həm ölkənin regionlarında, həm də paytaxtda bu vəzifəni yerinə yetirməyə tam hazırdır. İvan Tertel qeyd edib ki, vəziyyət nəzarət altındadır:

"Biz Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Komitəsi və Müdafiə Nazirliyindən olan həmkarlarımızla birlikdə gücləndirilmiş iş rejimində işləyirik".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->