Xəbər lenti

Dünya 16:53 13.10.2023

Lukaşenko MDB ölkələrinə xəbərdarlıq etdi: "Sizi çətin günlər gözləyir"

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, MDB ölkələrini geosiyasi vəziyyətlə əlaqədar çətin günlər gözləyir.

Qaynarinfo xəbər verir ki, o, bu barədə MDB sammitində məlumat verib.

"Mərkəzi Asiya respublikaları və bizim Qafqaz respublikasının (Azərbaycanı nəzərdə tutur-red.) əfsanəvi təmsilçisi burdadır. Deməliyəm ki, sizi çətin günlər gözləyir. Eynilə biz və ruslar kimi”, deyə o bildirib.

Qeyd edək ki, Lekaşenko bundan əvvəl Qərbin Rusiya və Belarusun birliyini pozmaq istədiyini demişdi. Onun sözlərinə görə, Belarus xüsusi xidmət orqanları və kəşfiyyatı ona bildirib ki, Qərb Rusiya və Belarusu ayırmaq planlarını həyata keçirir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->