Xəbər lenti

Dünya 15:54 20.01.2024

Lukaşenko odun doğrayarkən xəsarət alıb, xokkey oynaya bilməyəcək

Belarus prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən xəsarət aldığını bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətinə yaxınlığı ilə tanınan "Pul First" "Telegram" kanalı məlumat yayıb.

"Odun doğrayırdım və ayağıma təxminən 80 kiloluq bir blok düşdü. Gəzdim və getdim - deyəsən heç nə olmadı", deyə Lukaşenko bildirib.

Kanal qeyd edib ki, Belarus prezidenti zədə səbəbindən Mogilev vilayətinin komandası ilə xokkey oyununda iştirak etməyəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->