Xəbər lenti

Dünya 14:26 20.02.2024

Lukaşenko: "Ukraynadakı münaqişənin benefisiarları “qırğını dayandırmaq” istəmir"

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Ukraynadakı münaqişədən faydalananların inanılmaz gəlirləri var, buna görə də onlar "qırğını dayandırmaqda” maraqlı deyillər.

Qaynarinfo xəbər verir ki, onun sözlərindən BelTA agentliyi sitat gətirib.

"Müharibədən faydalananların onlara yad olan xalqın daxilindəki qırğınların dayandırılmasında maraqlı deyil. Risklər çox yüksəkdir və qazanc inanılmazdır. Məsələn, NATO-nun 155 mm-lik artilleriya mərmisinin qiyməti Ukraynada müharibə başlayandan bəri dörd dəfə - 2 min avrodan 8 min avroya qədər artıb”, - o, milli təhlükəsizlik sistemində dövlət qurumlarının rəhbərliyi ilə görüşdə deyib. 

"Mən Şərqlə Qərb arasında sivilizasiyaların qarşıdurmasının indiki mərhələsinin özəlliyini belə xarakterizə etmək istərdim: maskalar tamamilə yırtılıb”, - Lukaşenko bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->