İdman 09:20 04.08.2022

Macarıstan irəlilədi, Azərbaycan isə...

Azərbaycan UEFA-nın əmsallar cədvəlində 2022/2023 mövsümü üçün əmsal ehtiyatını yaxşılaşdırıb.

Qaynarinfo xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Ferentsvaroş" klubu ilə 1:1 hesablı ev heç-heçəsi sayəsində mümkün olub. 

Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,125 əmsal gətirib.

Azərbaycan bu mövsüm "qənimət"ini 1,375-ə, son 5 mövsümdə isə 14-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci sırada 15,125 xalla Polşa qərarlaşıb.

Macaırstan isə "Ferentsvaroş"un Bakıdakı heç-heçəsinin hesabına 16,375 əmsalla 1 pillə irəliləyərək 25-ci sıraya yüksəlib. Əvəzində isə Slovakiya (16,250) 26-cı pilləyə düşüb.