Dünya 12:05 29.03.2023

Macarıstan "sanksiyalara baxmayaraq", Rusiya ilə razılığa gəldi

Rusiyadan Macarıstana neft və qaz tədarükü Qərbin sanksiyalarına baxmayaraq, fasiləsiz davam edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyarto RF baş nazirinin müavini Aleksandr Novak ilə danışıqlardan sonra sosial şəbəkələrdə bildirib.

"Biz razılaşdıq ki, həm neft, həm də qazın bütün tədarükləri müqavilələrə uyğun olaraq fasiləsiz həyata keçirilsin. Aleksandr Novak əmin edib ki, Rusiya tərəfi sanksiyalara baxmayaraq, "Türk axını”nda təmir işlərini başa çatdıra bilər və beləliklə, Macarıstanın növbəti dövrdə qaz təchizatı da fasiləsiz olacaq”, - nazir vurğulayıb.

Rusiya Nazirlər Kabinetinin saytındakı mesajda həmçinin deyilir ki, Siyyarto və Novak, digər məsələlərlə yanaşı, ticarət və enerji təchizatı sahəsində əməkdaşlığı müzakirə ediblər. Bundan əlavə, qeyd edilir ki, 2022-ci ilin sonunda Rusiya-Macarıstan ticarəti 80% artaraq 10,8 milyard dollar, Rusiya ixracı isə 2,5 dəfə artaraq 9,4 milyard dollar təşkil edib.
 
Alpər