Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya silah alması üçün 1,5 milyard avro dəyərində yeddinci tranşın təsdiqlənməsinə mane olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Polşa radiostansiyası RMF Aİ-nin adının açıqlanmayan yüksək vəzifəli diplomatına istinadən məlumat
yayıb.
Pul vəsaiti Avropa Sülh Fondundan ayrılır, 2022-ci ildə Kiyev silah alınması üçün Fonddan təxminən 3,2 milyard avro alıb.
Radiostansiyanın məlumatına görə, Aİ ölkələri Avropa xarici işlər nazirlərinin bazar ertəsi, yanvarın 23-də keçiriləcək görüşü zamanı Budapeştə təzyiqlərini davam etdirəcəklər. Brüsseldəki diplomatlar ehtimal edirlər ki, əgər Macarıstan tranşın ayrılmasına qarşı çıxmaqda davam edərsə, o zaman Aİ ölkələri onun razılığı olmadan bunu təsdiqləyə bilər.
Nizami Bağırov
Şərhlər