Dünya 12:35 30.10.2023

Mahaçqala iğtişaşı: hava limanında onlarla reys təxirə salındı

Ötən gün baş verən iğtişaşlar səbəbindən hava limanı bağlandıqdan sonra bazar ertəsi Mahaçqala hava limanında onlarla reys ləğv edilib.

Qaynarinfo xəbər verir ki, Aeroportun məlumatına əsasən, Mahaçqaladan uçmalı olan 10, hava limanına çatmalı olan 10 reys təxirə salınıb.

O cümlədən, Mahaçqalanı Moskva, Nijni Novqorod, Soçi, Surqut, Sankt-Peterburq, Perm və İstanbulla birləşdirən reyslər ləğv edilib.

Pobeda, Azimut, İkar, Red Wings, Smartavia aviaşirkətlərinin reysləri ləğv edilib.

Həmçinin, hava limanının saytının məlumatına əsasən Yekaterinburqa uçan reys gecikib.

Oktyabrın 29-da Mahaçqala hava limanında Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Tel-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə əlaqədar kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və aerodrom ərazisinə daxil olub və daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onları oradan çıxarıblar. Son məlumatlara görə, polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan yaralanıb, 60 iğtişaşçı saxlanılıb. Dağıstan hakimiyyəti və dini liderlər hadisəni pisləyib və bunu təxribatla əlaqələndiriblər.

Oktyabrın 31-dək hava limanı gəliş və gediş-gəliş üçün bağlıdır.

Alpər