Video 10:21 01.12.2022

Mahir Cürət xəstəxanaya yerləşdirildi (VİDEO)

Məşhur qəzəlxan Mahir Cürət xəstaxanaya yerləşdirilib. 

Qaynarinfo xəbər verir ki, həkim briqadası qəzəlxanın evinə yollanaraq onu təcili yardımla tibb müəssisəsinə aparıb. Həmin an lentə alınan görüntülər ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində nümayiş olunub. 

Aparıcı Zaur Baxşəliyev Mahirin müalicə alması üçün M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə (Eksperimental xəstəxana) yerləşdirildiyini deyib. Tibb müəssisəsindən analizlərdən sonra xəstəliyin dəqiq diaqnozunun müəyyənləşdiriləcəyi bildirilib.

Xatırladaq ki, Mahir Cürət ayaqlarına infeksiya düşdüyünü və ətinin çürüdüyünü deyib.

Onun xəstəliyi ilə bağlı görüntülər BAKU.TV-də yayımlanan "Arzunun vaxtı" verilişində nümayiş olunub. Zaur Baxşəliyev "Bizimləsən" proqramında qəzəlxana bu çətin günlərində dəstək olub, çəkiliş etdiyi üçün aparıcı Arzu Kəlbiyə və BAKU.TV-nin rəhbəri Orxan Məmmədova dərin minnətdarlığını bildirib.

Ətraflı videoda: