Ölkə 13:09 19.05.2023

Maksimum bal toplayan yeganə şagird bu yüksək vəzifəlinin qardaşı oğludur (FOTO)

Xəbər verdiyimiz kimi, dünən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb. imtahanda 1 nəfər maksimum - 300 bal toplayıb. Yüksək nəticə göstərən şagird Naxçıvan Qarnizonunun tam orta məktəbində təhsil alan Məmmədli Məhəmməd Qurban oğludur.

Qaynarinfo-nun Manset.az-a istinadən məlumatına görə, Məhəmməd Məmmədli Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmmədovun qardaşı oğludur. Onun ailəsi Naxçıvanda kirayə yaşayır. Yüksək nəticə göstərən məktəblinin atası Qurban Məmmədovun  iki ali təhsili var, hazırda mühəndis vəzifəsində çalışır. Onun anası da ali təhsillidir, hazırda evdar xanımdır.
 
Fotoda : Hüseyn Məmmmədov