Dünya 10:49 03.12.2022

Marsa nəhəng asteroidin düşdüyü, 250 metrlik sunami yaratdığı məlum oldu

Planetoloqlar Mars Chrys düzənliyinin səthində əvvəllər məlum olmayan krater aşkar ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS "Scientific Reports” jurnalındakı məqaləyə istinadən məlumat yayıb.
 
Verilən xəbərə görə, həmin krater təxminən 3,4 milyard il əvvəl yaranıb və asteroidin düşməsi nəticəsində meydana çıxması güclü sunami dalğasına səbəb olub.

Qırmızı planetin səthinə düşən asteroidin ölçülərinə görə dinozavrları öldürən göy cismi ilə müqayisə oluna biləcəyi qeyd edilir.

Mütəxəssislərin fikrincə, asteroidin düşməsi gücünə görə sovet termonüvə "Çar bombası” ilə müqayisə edilən partlayışa və meqa sunaminin yaranmasına səbəb olub. Sunami dalğaları sahilə yaxınlaşanda 250 m hündürlüyə çatıb.

Son 10 ildə planetoloqlar belə qənaətə gəliblər ki, Marsın səthində vaxtilə çaylar, göllər və bütün su okeanları mövcud olub. Bundan əlavə, zaman-zaman planetdə böyük həcmdə suyun iştirak etdiyi ən güclü hidroloji kataklizmlərin meydana gəldiyinə dair sübutlar tapılıb.
 
Alpər