Foto 12:54 14.11.2023

“Medistyle Hospital”ın yarım milyondan çox borcu var (FOTO)

"Medistyle Hospital”nın yenidən dövlət vergi xidmətinə külli miqdarda borcu yaranıb.
 
Qaynarinfo-nun məlumatına görə, "Medistyle” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 608 min 726 manat 77 qəpik vergi borcu yaranıb. 

Hospitalın rəhbəri Fövqəladə Hallar Nazirliyinin Modul tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev olsa da, hazırda şirkətin qanuni təmsilçisi Samir Abbasov Vaqif oğludur. 

Qeyd edək ki, sözügedən xəstəxanın əsl sahibinin fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə olduğu deyilir. İmran Ağayev isə Faiq Tağızadənin bacısı oğludur. İ. Ağayev FHN hospitalının "VIP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham olunaraq həbs edilmişdi. O, həbsdən azad edildikdən sonra Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının direktor müavini vəzifəsinə təyin edilib.