Sənət 14:17 05.06.2023

Mehmandarovlardan bəhs edən film nümayiş olunacaq

Mehmandarovlar nəslindən bəhs edən "Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” filminin ilk nümayişi keçiriləcək.
 
Bu barədə Qaynarinfo-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
 
Tədbir iyunun 5-də Nizami Kino Mərkəzində baş tutacaq.  

Filmdə Qarabağın hökmdarı İbrahimxəlil xanın mehmandarı Mirzə Əli bəy tərəfindən əsası qoyulmuş, daha sonra Şuşada və Azərbaycanın digər bölgələrində məskunlaşan Mehmandarovlardan bəhs edilir. 

Bahar Rüstəmli