Siyasət 14:35 27.01.2023

Mehriban Əliyeva səfirliyə silahlı hücumla bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı həlak olan mühafizəçinin ailəsinə başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, Birinci vitse-prezidentin instaqram hesabında yazdığı paylaşımda deyilir:

"Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!"