Maqazin 08:23 27.10.2023

Məşhur aparıcı ATV-dən bu kanala getdi (FOTO)

Aparıcı Murad Əzimzadə ATV-dən ayrılıb.

Qaynarinfo xəbər verir ki, bu haqda o, sosial şəbəkədə məlumat verib:

 "7 ildən çox layihə rəhbəri və aparıcı olaraq çalışdığım ATV kanalı ilə yollarımız ayrıldı. ATV-də çalışdığım dönəmdə mənə doğma və əziz olan kollektivin hər bir şəxsinə təşəkkür edirəm. Yeni yolum isə "Space" televiziyasında "Səhərin statusu" layihəsindən keçəcək".