Dünya 19:25 03.02.2023

Məşhur model Putinə intim şəkillərini vəd etdi - Bircə şərtlə...

Məşhur amerikalı model Caprice Bure Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ilk günlərindən müharibəni pisləyib. O, dəfələrlə Vladimir Putini qanı dayandırmağa çağırıb, lakin bu, heç bir nəticə verməyib. Buna görə o, daha artığına qərar verib. Model vəd edib ki, müharibəni dayandıracağı halda Putinə intim fotolar göndərəcək.

Qaynarinfo Daily Mail-ə istinadən bildirir ki, Bure arzusunu "The Lair"in premyerasında dilə gətirib.

"Düşünürəm ki, mən Putinə məktub göndərərək, Ukraynadan çıxacağı təqdirdə çılpaq şəkillərimi göndərəcəyimi vəd edə bilərəm. Əgər bu, müharibəni dayandıra bilsə, mən elə də edərdim", - model deyib.
 
O əlavə edib ki, o, Putinin artıq öldüyü barədə məlumat eşidib. Və bu, onu ehtiyatlı olmçağa vadar edir, çünki onun xələfi daha da pis ola bilər. Bununla belə, Putin hələ də sağdırsa, Bure öz şəkilləri ilə ona infarkt keçirtməkdən çəkinməzdi.

Karyerası ərzində Bure 250-dən çox jurnalın - Vogue, GQ, Cosmopolitan, Esquire, Maxim, FHM və Sports Illustrated üzgüçülük paltarı tətbiqinin üz qabığında yer alıb.

O, News of the World, GQs Woman of the Year and Maxim International Woman of the Year tərəfindən dünyanın ən seksual qadını seçilib. O, reklamlarda da rol alıb.

Alpər