Xəbər lenti

Foto 15:46 09.04.2024

Mətanət İsgəndərli qəfil "qocaldı" (FOTO)

Əməkdar artist Mətanət İsgəndərlinin sosial mediada paylaşılan görüntüləri diqqət çəkib. Görüntülərdə sənətçi tanınmaz haldadır və onun əməlli-başlı yaşlandığı görünür.

Qaynarinfo xəbər verir ki, bu günlərdə müğənni kosmetoloqlardan birinə müraciət edərək üzündə əməliyyat etdirəcəyini vurğulayıb. 

Kosmetoloq müayinə zamanı Mətanət İsgəndərlinin video görüntüsünü sosial şəbəkədə paylaşıb. İzləyicilər Mətanət İsgəndərlinin həddindən artıq qocaldığını vurğulayıblar. 

Xatırladaq ki, Mətanət İsgəndərli 2022-ci ildə mədəkiçiltmə əməliyyatı etdirib. Əməliyyatdan sonra sənətçi 50 kiloqramdan çox çəki itirib.  

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->