Texnologiya 14:07 10.01.2023

"Microsoft" "Windows 8.1" üçün dəstəyi rəsmən dayandırdı

10 yanvar 2023-cü ildə "Microsoft" "Windows 8.1" əməliyyat sistemi (ƏS) üçün dəstəyi rəsmi olaraq dayandırdı. 

Qaynarinfo "Rosbalt"a istinadla xəbər verir ki, bu barədə "Microsoft"un saytında məlumat verilib.

ƏS üçün dəstək müddəti bitdikdən sonra onun istifadəçilərinə hər hansı səbəbdən texniki yardım göstərilmir, proqram təminatı və təhlükəsizlik yeniləmələri mövcud deyil. Bununla belə, bu əməliyyat sistemi ilə işləyən kompüter işləyəcək, lakin əlavə yeniləmələr olmadan. Bununla əlaqədar olaraq, korporasiya sistemi hələ də dəstəklənən ƏS versiyasına, məsələn, "Windows 11"ə yeniləməyi tövsiyə edir.

Həmçinin, yanvarın 10-dan etibarən istifadəçilər "Windows 8.1" kompüterlərində "Microsoft Store"dan proqramlar və oyunlar almaq və quraşdırmaq imkanlarını itiriblər. Həmin ana qədər korporasiyanın müştərilərinin belə bir imkanı olub.

Alpər