İdman 11:33 26.09.2022

Millimiz AÇ-nin seçmə mərhələsinə bu səbətdən qoşulacaq

De Byazinin rəhbərlik etdiyi millimizin 2024-cü il Avropa çempionatının seçmə mərhələsində yer alacağı səbət bəlli olub.

Qaynarinfo xəbər verir ki, yığma püşkatmaya 4-cü səbətdən qatılacaq. 

1-ci səbət: Niderland, Portuqaliya, Macarıstan, Xorvatiya, Belçika, Danimarka, İspaniya, İtaliya, Polşa
2-ci səbət: Fransa, İngiltərə, Avstriya, Uels, Bosniya və Herseqovina, İsrail
3-cü səbət: Sloveniya, İrlandiya, Rumıniya, İsveç, Ermənistan
4-cü səbət: Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Azərbaycan
5-ci səbət: Belarus, Estoniya, Cəbəllütariq, Latviya, Litva, Malta, Moldova
6-cı səbət: Andorra, Lixtenşteyn, San Marino
 
Qeyd: Bəzi komandaların hansı səbətlərdə olacağı dəqiqləşmədiyi üçün adları yazılmayıb. 

Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. İştirakçı ölkələr hərəsində 5 komanda olan 7 və hərəsində 6 kollektiv olan 3 qrupa bölünəcək. 10 qrup qalibi və eyni sayda qrup ikincisi final mərhələsinə yüksələcək. Qalan 3 vəsiqənin sahibi isə 2024-cü ilin martında baş tutacaq pley-off oyunlarından sonra müəyyənləşəcək. Almaniya AVRO-2024-ə ev sahibliyi edəcəyi üçün, Rusiya isə Ukraynaya hərbi müdaxilə səbəbindən püşkatmada iştirak etməyəcək.