İdman 13:00 13.03.2023

Millimizin kapitanı Macarıstanda çempion oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan kubokunun qalibi olub.
 
Qaynarinfo xəbər verir ki, blokçumuzun komandası "Vasas" finalda "Bekescsaba" klubu ilə qarşılaşıb. "Vasas" 3:2 (23:25, 25:14, 22:25, 25:19, 17:15) hesablı qələbə qazanmaqla Macarıstan kubokuna sahib çıxıb.
 
Final oyununda millimizin və "Vasas"ın kapitanı 14 xal (hücum-8 xal, 57 %, blok-5 xal, eys-1 xal) qazanıb.
 

 
Səbuhi Həsənov