İdman 12:30 10.10.2023

Millimizin oyunu almanlara həvalə olundu

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Estoniya – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.
 
Qaynarinfo-nun məlumatına görə, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Robert Schröder olacaq. Ona Kristian Cittelmann, Robert Vessel yardım edəcək. Dördüncü hakim funksiyasını Florian Badstübner yerinə yetirəcək. 
 
Matç oktyabrın 13-də Tallin şəhərindəki "Le Kok Arena”da keçiriləcək.
 
Səbuhi Həsənov