Dünya 12:51 22.11.2023

Millinin sabiq baş məşqçisi dövlətə xəyanətdə ittiham olunur

Ukrayna ordusunun tərkibində Rusiyaya qarşı döyüşdüyü üçün Dağıstan kikboksinq milli komandasının keçmiş baş məşqçisi Əhməd Əhmədova qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Əhməd Əhmədova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci ("Dövlətə xəyanət”) maddəsi ilə Şimal Hərbi Dairəsinin ərazisində Ukrayna silahlı qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak etdiyinə görə cinayət işi açılıb", deyə agentliyin məlumatında bildirilir. 

Əhməd Əhmədov 2017-ci ildən Ukraynada yaşayır. Orada K-1 peşəkar kikboksinq federasiyasının prezidenti vəzifəsində çalışıb. O, Hort batalyonunun tərkibində Ukrayna ordusunun müdafiə qüvvələrinin sıralarına qoşulub. Bundan sonra "İmam Şamil adına Dağıstan Könüllülər Batalyonu”na keçərək Baxmutun (Artemovsk) müdafiəsi üçün döyüşüb.

Eyni zamanda, Əhmədov hələ də ailəsinin yaşadığı Rusiyada vətəndaşlığından imtina etməyib. O, Bəşir Tajdinov, Rəcəb Əliyev, Maqomed Saidov kimi idmançılar yetişdirib.

Əgər onun dövlətə xəyanətdə günahı sübut edilsə, ömürlük həbs gözləyir.

Aydın