İdman 15:13 22.10.2022

Millinin sabiq futbolçusu dünyasını dəyişdi

Yaponiya millisinin sabiq hücumçusu Masato Kudo həyatla vidalaşıb.

Qaynarinfo xəbər verir ki, futbolçu beyin əməliyyatından sonra 32 yaşında dünyasını dəyişib. Bu barədə Yaponiyanın "Kyodo" xəbər agentliyi məlumat yayıb.  Açıqlamada Kudoya beyin mədəciklərində maye yığılması diaqnozu qoyulub və oktyabrın 3-də xəstəxanaya yerləşdirilib. O, cümə günü vəfat edib. 

Kudo, 2013-cü ildə millinin heyətində meydana çıxdığı 4 oyunda 2 qola imza atıb.

"Kaşiva Reysol", "Vancouver Whitecaps" və "Brisbane Roar" kimi klubların da şərəfini qorumuş futbolçu Yaponiyanın birinci divizionunda 60 qol vurub.

Səbuhi Həsənov