Ölkə 19:08 02.04.2023

Minaya düşən hərbçimiz həlak oldu (YENİLƏNİB)

Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən xəbər verilib.

Faktla bağlı araşdırma aparılır.
 
16.42
 
Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minaya düşüb.

"Report”un əldə etdiyi məlumata görə, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.