Meksikanın Syudad-Xuares şəhərində çərşənbə axşamı, martın 28-də Milli Miqrasiya İnstitutunda yanğın baş verib. Ən azı 39 nəfər ölüb, 29 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN institut nümayəndəsinin bəyanatına istinadən məlumat
yayıb.
Syudad-Xuares şəhəri ABŞ sərhədi yaxınlığında yerləşir və ABŞ-a daxil olan miqrantlar üçün məşhur keçid məntəqəsidir. CNN-in məlumatına görə, yanğın təxminən 71 miqrantın şəhərin küçələrindən yığıb mərkəzə aparıldıqdan sonra baş verib. Yanğının səbəbi barədə məlumat verilmir. Hadisə yerinə həkimlər, yanğınsöndürənlər və meyit daşıyan furqonlar gəlib.
KİV-in məlumatına görə, Meksikanın baş prokuroru araşdırmaya başlayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir.
Nizami Bağırov
Şərhlər