Dünya 11:00 06.03.2024

MİT İraqda PKK-nın rəhbər şəxslərindən birini məhv etdi

Türkiyə Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı-MİT) İraqın şimalında yerləşən Süleymaniye bölgəsində yeni əməliyyat keçirib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının rəhbərlərindən biri olan Şevger Azad/Aras kod adlı Hüsnü Kümek öldürülüb.

O, qruplaşmanın Süleymaniye bölgəsindəki dəstələrinə rəhbərlik edirmiş.