Dünya 15:03 20.11.2023

MİT PKK/KCK-nin məsul şəxsini zərərsizləşdirdi

Türkiyə Milli Kəşfiyyat İdarəsi İraqın şimalındakı Süleymaniyə bölgəsində yeni əməliyyat keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Anadolu” məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının rəhbərlərindən biri Gülsüme Doğan məhv edilib.

"Jiyan Mardin” kod adlı terrorçu təşkilata xərac toplayır və yeni üzvlər cəlb edirdi.