Dünya 11:23 25.04.2023

MİT Suriyada əməliyyat keçirdi: PKK-nın rəhbər şəxsi məhv edildi

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Suriyanın Kamışlı bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG-PYD-KCK terror qruplaşmasının Rakka üzrə "məsul şəxsi” Mehmet Sarı zərərsizləşdirilib.

Qaynarinfo "A Haber”ə istinadən xəbər verir ki, o, Baran Kurtay kod adı altında fəaliyyət göstərirmiş.

Qeyd edək ki, Mehmet Sarı 2014-cü ildə Türkiyədə terror aktlarında iştirak edib və həmin il Türkiyəni tərk edərək Suriyaya gedib. Onun Suriyada fəaliyyəti MİT tərəfindən izlənilib.
 
Aydın