Xəbər lenti

Dünya 17:07 29.02.2024

MKİ-nin direktoru bu məlumatların açıqlanmasını Baydenlə razılaşıb - Valeri Kondratyuk

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin, SBU-nun əks-kəşfiyyat departamentinin və Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəisi Valeri Kondratyuk MKİ-nin Ukraynada yaratdığı məxfi bazalar haqqında məlumatın niyə ictimailəşdirildiyini izah edib. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə Radio NV-yə müsahibəsində danışıb.

"Bildiyim qədər, onun (məlumatın - red.) indi dərc olunması ABŞ Konqresində Ukraynaya yardım uğrunda gedən mübarizə ilə bağlıdır. Və bu məqaləni yazan jurnalistlərin sözlərinə görə, ABŞ Milli Kəşfiyyatının direktoru özü bu nəşri Baydenin administrasiyası ilə razılaşdırıb. Və onların təxminlərinə və planlarına görə, bu, Ukraynaya yardıma səs verərkən bu, Konqresin qərarına təsir edəcək və təsir etməlidir də”, - Kondratyuk Radio NV-də deyib.

Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbərinin fikrincə, "New York Times”ın məqaləsi amerikalı konqresmenlərə təkcə ABŞ və Ukrayna kəşfiyyat xidmətləri arasında əməkdaşlığın səviyyəsini deyil, həm də Ukraynanın ABŞ-ın milli təhlükəsizliyi üçün nə qədər vacib olduğunu üzə çıxarmalıdır.

"Məqalədə Rusiyanın hərbi-sənaye kompleksindəki imkanları, eləcə də ən son silah sistemləri ilə bağlı MKİ-nin Ukrayna vasitəsilə əldə etdiyi bəzi materiallar qeyd edilir. Mənim də bildiyimə görə, amerikalı ekspertlərin fikrincə, Birləşmiş Ştatların aldığı belə məlumat o zaman Amerika vergi ödəyicilərinə bir neçə milyard dollara başa gəlib. Və bu, yalnız 2015-2016-cı ilin əvvəlini əhatə edir. Aydındır ki, bu müddət ərzində əməkdaşlıq davam edir və ABŞ-ın milli təhlükəsizliyi üçün zəruri olan bu səviyyəli məlumat çox vacibdir”, - Kondratyuk qeyd edib.

O, nəticəyə gəlib ki, NYT-də dərc olunan bu məlumatı ABŞ Konqresinə çatdırmaq üçün bir fürsətdir.

Xatırladaq ki, NYT-nin fevralın 25-də dərc olunan məqaləsində deyilirdi ki,  hələ tammiqyaslı müharibədən əvvəl MKİ Ukraynada Rusiya ilə sərhəddə 12 gizli baza yaradıb. Tam miqyaslı işğalın başlanmasından sonra MKİ və QUR Rusiya rabitəsini ələ keçirmək üçün daha iki gizli baza qurub. Kondratyuk NYT-yə bildirib ki, əvvəlki 12 baza hələ də fəaliyyətdədir.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?