Dünya 23:10 28.03.2023

MN “Challenger 2”nin Ukraynaya gəlişini təsdiqlədi: “Rolls Royce”dan rahatdır

Ukrayna Müdafiə Nazirliyi Britaniyaya məxsus "Challenger 2” tanklarının Ukraynaya gəldiyini rəsmən təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə bazar ertəsi AFP agentliyinə Müdafiə Nazirliyinin mətbuat katibi İrina Zolotar məlumat verib.

"Onlar (Challenger 2 tankları - red.) artıq Ukraynadadırlar", - Zolotar digər təfərrüatları açıqlamayıb.

Çərşənbə axşamı səhər Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Ukraynadakı Britaniya tanklarının videosunu yayıb.

Bazar ertəsi günü Ukraynanın müdafiə naziri Aleksiy Reznikov desantlarla birlikdə Britaniyadan Challenger, ABŞ-dan Stryker & Cougar və Almaniyadan gələn "Marder”lərlə "gücləndirilmiş bölmələrdə yeni bir komplektasiyanı sınaqdan çıxarmaq" şərəfinə nail olduğunu söyləyib.

Reznikov İngilis tanklarını yüksək qiymətləndirərək onları "hərbi sənət" əsərləri adlandırıb.

"Challenger-in şəxsi "pilotluğundan” sonra trofi-reydlərinin iştirakçısı kimi deyə bilərəm ki, hətta "Rolls Royce” sürücüsü belə bu yolsuzluq döyüş əsərinin ekipajındakı qədər rahat olmayacaq”, - deyə nazir bildirib.

AP-nin verdiyi məlumata görə, bir qrup ukraynalı hərbçi Britaniyada "Challenger 2” tanklarında təlim keçdikdən sonra Ukraynaya qayıdıb.

Alpər