Xəbər lenti

Sağlamlıq 10:07 22.04.2024

Mobil rabitə beyin xərçənginə səbəb olur? - Radioloqdan cavab

Beyin xərçəngi telefon istifadəsi ilə əlaqəli deyil. Tanınmış kanserogenlərdən qaçınmaq daha vacibdir: ultrabənövşəyi şüa, radiasiya, asbest. 

Qaynarinfo xəbər verir ki, bunu rusiyalı radioloq Fərhad Cabarov deyib.

"Uzun müddətdir ki, mobil rabitənin xəstəliklərə təsiri ilə bağlı araşdırmalar aparılır, lakin xəstəliklərin sayında ciddi artım müşahidə olunmayıb. Peşə, ətraf mühit və qidalanma faktorlarının beyin şişlərinin tezliyinə təsiri barədə də dəqiq məlumat yoxdur", deyə həkim bildirib.

Fərhad Cabarov beyin xərçənginin qarşısının alınması üçün insultdan və ya kəllə-beyin travmasından sağ çıxanlara, yaşlılara və ailəsində beyin xərçəngi olan insanlara mütəmadi müayinələrdən keçməyi tövsiyə edib. Kanserogenlərə məruz qalmağı da istisna etmək lazımdır: asbest, birbaşa ultrabənövşəyi şüalar, radiasiya.

Həkim qeyd edib ki, beyin şişinin simptomları arasında davamlı baş ağrıları, qıcolmalar, nitq və ya qavrayış problemləri ola bilər. Daha sonra başgicəllənmə, bədənin bəzi yerlərində həssaslıq itkisi, əzələ zəifliyi, ürəkbulanma və ikiqat görmə meydana gələ bilər. Ancaq erkən mərhələdə şiş depressiya və ya narahatlıq pozğunluğu ilə qarışdırıla bilər.

"Amma adətən belə hallarda, xüsusilə gənc yaşda MRT çəkməkdənsə, sadəcə məzuniyyətə getməyi məsləhət görürlər. Ancaq baş ağrısı, yorğunluq, yuxusuzluq və diqqətin itirilməsi - bütün bunlar xəstəliyin başlanğıcından xəbər verə bilər", deyə radioloq vurğulayıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->