Xəbər lenti

Ölkə 18:48 30.12.2023

Mövlam Şıxəliyevin kassasiya şikayətinə bu tarixdə baxılacaq

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin Ali Məhkəməyə təqdim etdiyi kassasiya şikayətinə baxılma vaxtı məlum olub. 

Qaynarinfo xəbər verir ki, məhkəmə iclası yanvarın 12-də keçiriləcək. 

Məlumata görə, Mövlam Şıxəliyev və digərləri prosesin uzanmasında maraqlı deyillər. Şikayətə baxılma vaxtının uzanması da bununla bağlıdır. Mövlam Şıxəliyev prosesdə iştirakdan yayınmağa çalışırdı. Lakin bu qanunsuz olduğuna görə keçmiş rəis sonda prosesdə iştiraka qərar verib. 

İddia olunur ki, bununla belə 1-2 iclasdan sonra Mövlam Şıxəliyev şikayətini geri götürə bilər. Bildirilir ki, keçmiş rəis indiki halda işdə perspektiv görmür və uyğun zamanı gözləmək barədə düşünür. 

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın hökmünü qüvvədə saxlayıb. 

Mövlam Şıxəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddələri ilə mühakimə olunub. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?