Xəbər lenti

Dünya 17:04 05.04.2024

Moldova Rusiyanın imperiya bayrağını ekstremist simvol elan etdi

Moldova ölkə ərazisində Rusiyanın imperiya bayrağının ekstremist kimi tanınması barədə qərar qəbul edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Moldova" məlumat yayıb.

Nəşr qeyd edir ki, Kişinyov məhkəməsi bu məsələ ilə bağlı müsbət qərar qəbul edib. Qərar Moldova Baş Prokurorluğu, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin tələbi ilə verilib.

Qeyd edək ki, ağ-sarı-qara bayraq 1858-ci ilin iyunundan 1896-cı ilə qədər Rusiya İmperiyasının rəsmi bayrağı olub. Bu bayraq həm də "Romanov rənglərinin bayrağı" və "Rusiya İmperiyasının gerbi" adlanırdı. Ağ, sarı və qara rənglərin birləşməsi ilk dəfə 18-ci əsrin əvvəllərində I Pyotrun rəhbərliyi altında onun gəmi standartında qeyd edilib. Sonra bu bayraq monarxın döyüş gəmisində şəxsi iştirakını göstərirdi.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Rusiya Federasiyası, SSRİ və Rusiya İmperiyasının bayraqlarının qaldırılmasına yaxtadan tamaşa edib. Putinin fəxri qonağı olduğu bayraq qaldırma mərasimi tarixi xüsusi tarixlərə - Rusiya İmperiyasının bayrağının 165 illiyinə, SSRİ bayrağının 100 illiyinə və I Pyotrun üçrəngli bayrağının 330 illiyinə təsadüf edib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->