Xəbər lenti

Dünya 13:28 22.03.2024

Monqolustanda -40 dərəcə: 4,7 milyon heyvan tələf oldu, aclıq başladı

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) Monqolustanda qışda son 50 ilin ən pis şaxtası səbəbindən 4,7 milyondan çox heyvanın tələf olduğunu bildirib. 

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, kəskin soyuqlar və güclü qar örtüyü mal-qaranı qida problemi ilə üz-üzə qoyub. Bu isə minlərlə yerli sakinin ərzaq təminatını risk altında qoyur.
 


Qışın əvvəlində bölgə kəskin soyuyuv, bundan sonra soyuq havanın təsiri ilə ərimiş qar buz qabığı əmələ gətirib. Ölkənin bəzi yerlərində havanın temperaturu -40°C-ə düşüb. Qar yağışı 49 ilin rekordu olub və Monqolustanın 90%-ni əhatə edib. Bu səbəbdən heyvanların qidalanması ciddi problemə çevirilib, kifayət qədər ot ehtiyatı yığılmayıb.

"Yaşamaq üçün bütünlüklə mal-qaradan asılı olan insanlar bir neçə ay ərzində yoxsulluğa düçar olublar. Onlardan bəziləri artıq nə özlərini doyura, nə də evlərini qızdıra bilmirlər", deyə IFRC-nin Asiya-Sakit Okean üzrə direktoru Aleksandre Mateu CNN-ə bildirib.
 


Təşkilatın məlumatına görə, qışda 2,2 min çoban ailəsi mal-qaranın təxminən 70 faizini itirib. 7 mindən çox ailə sabit ərzaqdan məhrum olub. Monqolustan hökuməti ölkənin regionlarında hava şəraitinin yaxşılaşmağa başladığı may ayının ortalarına qədər yüksək hazırlıq vəziyyəti elan edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->