Xəbər lenti

İdman 14:35 19.01.2024

Mourinyo 10 ildir kubok qazanmayan kluba gedir

Portuqaliyalı baş məşqçi Joze Mourinyo Səudiyyə Ərəbistanının "Əş-Şəbab" komandasına rəhbərlik etməyə razılaşıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Aawsat" məlumat yayıb.

Mənbənin məlumatına görə, Mourinyo "Əş-Şabab"ın idman direktoru Dominiko Tite ilə videogörüş keçirib. Bildirilir ki, onun namizədliyi artıq Səudiyyə Ərəbistanı Peşəkar Liqasının məşğulluq komitəsi tərəfindən təsdiqlənib. 

Mourinyonun müqavilə şərtlərini razılaşdırmaq üçün yaxın günlərdə Ər-Riyada uçacağı gözlənilir. Komanda hazırda bu mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında 11-ci pillədə qərarlaşıb. Klub 10 ildir ki, kubok qazanmır.

Yanvarın 16-da İtaliyanın "Roma" klubu Mourinyonun baş məşqçi postunu tərk etdiyini açıqlayıb. O, 2021-ci ilin may ayından bu klubda çalışırdı. Portuqaliyalı 2021/22 mövsümündə komandanı Konfrans Liqasının qalibi edib. Ötən mövsüm "Roma" Avropa Liqasının finalçısı olub.

Mourinyo əvvəllər "Çelsi”, "İnter”, "Real Madrid”, "Mançester Yunayted” və "Tottenhem”də işləyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->