Dünya 23:55 30.01.2024

Müdafiə naziri ruslara Finlandiya pasportunun verilməsini qadağan etdirmək istəyir

Finlandiyanın müdafiə naziri Antti Hakkanen ölkə vətəndaşlığının alınması sistemində islahatların aparılmasını müdafiə edib. Nazir ruslara Finlandiya pasportu almağı qadağan etmək təklifini iərli sürüb.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"İkili vətəndaşlıq sistemi avtoritar ölkələrin müxtəlif təsir cəhdlərinin və digər zərərli maraq toqquşmalarının qarşısını effektiv şəkildə alacaq şəkildə islah edilməlidir. İkili vətəndaşlıqda qarşılıqlılığa doğru irəliləmək lazımdır", deyə Hakkanen bildirib.

Onun sözlərinə görə, bu o deməkdir ki, ruslara artıq ikinci vətəndaşlıq verilməyəcək.

Bundan əvvəl Rusiya Finlandiya ilə transsərhəd əməkdaşlığın təşviqinə dair ikitərəfli sazişdən çıxmışdı. Sənədə əsasən, yanvarın 24-də müqaviləyə xitam verilib. Moskva və Helsinki sazişi 2012-ci il aprelin 13-də imzalayıblar.

2023-cü ilin oktyabrında Finlandiya hakimiyyəti Rusiya Federasiyası ilə sərhəddə keçid məntəqələrini (buraxılış məntəqələrini) bağlamağa başlayıbş. Keçən il noyabrın 30-dan dekabrın 14-dək Helsinki nəqliyyat vasitələrinin nəzarət-buraxılış məntəqələrinin fəaliyyətini dayandırıb və bu vaxtdan sonra onlardan ikisini açıb.

Aydın