Ölkə 20:03 21.03.2023

Müdafiə Nazirliyi: Qeyri-qanuni fəaliyyətlər Laçın yolunda  sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını labüd edir

Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır və bu, qəbuledilməzdir.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin Rusiya sülhməramlı kontingentinin qanunsuz daşımaları müşayiət etməsi barədə xəbərində bildirilir.

"Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını labüd edir”, - Müdafiə Nazirliyindən bildirilib.