Siyasət 21:10 11.08.2022

Müttəfiqlər Ukrayna üçün toplandı: Hərbi dəstək davam edəcək

Bu gün Kopenhagendə (Danimarka) Ukrayna üzrə Şimali Avropa müttəfiqlərinin konfransı keçirilib. İştirakçılar hərbi dəstəyi davam etdirmək barədə razılığa gəliblər.

Bu barədə Qaynarinfo konfransın yekun bəyannaməsinə istinadən xəbər verir.

Bildirilir ki, konfrans iştirakçıları Rusiyanın vəhşiliyini və ukraynalı dinc sakinlərin öldürülməsini pisləyib, həmçinin Ukraynaya tam dəstəklərini bildiriblər. Onlar aşağıdakılar barədə razılağa gəliblər:

Ukraynanın daimi uzunmüddətli maliyyələşdirilməsini təşviq etmək
silah, o cümlədən artilleriya və sursat istehsalını artırmaq
Ukrayna ordusunun hazırlığını inkişaf etdirmək və artırmaq
Ukraynanın minatəmizləmə səylərinə kömək etmək

Bəyannamədə həmçinin bildirilir ki, müttəfiqlər hərbi yardım üçün ayrılan vəsaitin artırılmasına sadiqdirlər. Növbəti iclas sentyabrda distant rejimdə keçiriləcək.

Bundan əvvəl məlum olmuşdu ki, Kopenhagendə keçirilən Şimali Avropa müttəfiqlərinin konfransı Ukraynaya hərbi yardım üçün 1,5 milyard avro toplayıb. Bu barədə Danimarkanın Müdafiə nazirliyinin "Twitter" səhifəsində məlumat paylaşılıb

Nizami Bağırov