Dünya 18:35 28.11.2022

NATO-da Ukraynaya tank tədarük etməmək barədə razılaşma yoxdur

NATO üzvü olan ölkələrin Ukraynaya ağır hərbi texnika, o cümlədən tanklar verməmək barədə razılaşmaları yoxdur.
 
Qaynarinfo xəbər verir ki, bunu Polşanın alyansdakı nümayəndəsi Tomaş Şatkovski Polşa radiosuna müsahibəsində deyib.

O, etiraf edib ki, bəzi NATO ölkələri alyansın Kiyevə silah verməsini istəmir.

"Biz son aylarda tez-tez eşitmişik ki, NATO üzvləri arasında bir növ razılaşma var ki, məsələn, ağır texnika, tanklar verilə bilməz... Bu, qətiyyən doğru deyil. NATO daxilində belə razılaşma yoxdur, ayrı-ayrı müttəfiqlər arasında mənim bilmədiyim gizli danışıqlar olmayıbsa”, - deyə Şatkovski bildirib.

Onun sözlərinə görə, alyans Ukraynaya necə dəstək veriləcəyini müzakirə edir və prioritetlərdən biri də hava hücumundan müdafiə məsələsidir. "Digər tərəfdən müxalifət var, bəzi ölkələrin alyansın bir təşkilat kimi Ukraynaya silah tədarükü ilə məşğul olmaq istəməməsi məsələsi var. Diplomat hansı ölkələrdən bəhs etdiyini dəqiqləşdirməyib.

Sentyabrda Almaniya kansleri Olaf Şolts bildirmişdi ki, Berlin NATO ilə Rusiya arasında açıq münaqişə riskinə görə Kiyevi tanklarla təmin etmir. Buna baxmayaraq, Almaniya oktyabrın 9-da Ukraynaya Yunanıstan və Slovakiyadan 100 tank vəd edib. İspaniya da öz növbəsində tanklar göndərmək barədə qərar qəbul etsə də, sonradan qərarını dəyişərək, tankların "pis vəziyyətdə olduğunu” bildirib.

Nizami Bağırov