Xəbər lenti

Dünya 17:30 11.03.2024

NATO-nun mənzil-qərargahında İsveç bayrağı qaldırıldı (VİDEO)

Brüsseldə, NATO-nun mənzil-qərargahında bu yaxınlarda alyansa qoşulan İsveçin bayrağının qaldırılması mərasimi keçirilib. 

Qaynarinfo xəbər verir ki, tədbirdə NATO-nun baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristersson iştirak ediblər.

Stoltenberq "bu, tarixi bir gündür" deyib.

"Biz İsveçi NATO-da alqışlayırıq" deyən baş katib qeyd edib ki, bu, alyansı daha da gücləndirəcək. Stoltenberq həmçinin qeyd edib ki, ölkələr birlik və həmrəyliyin vahid cəbhəsi kimi çıxış edir və bir-birini qorumaq niyyətindədir.

Onun sözlərinə görə, "alyansın qapıları açıqdır”.

Rəsmi çıxışlardan sonra digər alyans üzvlərinin bayraqlarının yanında İsveç bayrağı qaldırılıb, sonra NATO himni səsləndirilib.

Xatırladaq ki, İsveç martın 7-də alyansa qoşulub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->