Dünya 18:35 27.11.2022

NATO ölkələrinin əksəriyyəti Ukraynaya hərbi yardım ehtiyatını tükəndirib - NYT

NATO üzvü olan 30 ölkədən 20-də Ukraynaya verilə biləcək silah və hərbi texnika ehtiyatları tükənir 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” Alyansın nümayəndəsinə istinadən xəbər verir

NATO rəsmisi aydınlaşdırıb ki, kiçik ölkələr ehtiyatlarla bağlı çətinliklər yaşayır, lakin blokun 10 üzvünün hələ də Kiyevi dəstəkləmək üçün kifayət qədər resursu var.

NYT mənbəsi Ukraynaya hərbi yardımı davam etdirə bilən ölkələr arasında Fransa, Almaniya, İtaliya və Niderlandın adını çəkib. Ümumilikdə Alyans bu günədək Ukraynaya 40 milyard dollar dəyərində silah verib. Bu, Fransanın illik müdafiə büdcəsinə uyğundur.

NATO nümayəndələri Ukraynadakı hərbi əməliyyatların miqyasını heyrətləndirici adlandırırlar: Avropada İkinci Dünya müharibəsindən bəri belə şiddətli atışmalar olmayıb və Qərb buna hazır deyildi. Alyansın hesablamalarına görə, Donbassda yayda, ukraynalılar hər gün 6-7 min artilleriya atəşi açıblar. Rusiya ordusu hər gün 40-50 min mərmi istifadə edib. Müqayisə üçün, bildirilir ki, ABŞ hər ay cəmi 15.000 artilleriya mərmi istehsal edir.

"Ukraynada bir gün Əfqanıstanda bir ay və ya daha çox vaxta bərabərdir. Orada NATO qüvvələri gündə 300-ə qədər artilleriya atəşi açırdı”, deyə müdafiə üzrə ekspert və NATO baş katibinin keçmiş köməkçisi Kamil Qrand deyir.

Ukraynanın arsenalını artırmaq üçün Qərb ölkələri alternativ sxemlər hazırlamağa çalışır. Alyansda Çexiya, Slovakiya və Bolqarıstanda köhnə fabriklərə investisiya qoyuluşu ilə bağlı müzakirələr gedir. Bu yolla Ukraynanın artilleriya arsenalı üçün 152 mm və 122 mm-lik sovet kalibrli mərmilərin istehsalı bərpa oluna bilər. Blok həm də Kiyevə Cənubi Koreya kimi ölkələrdən sursat almağa çalışır. 

Vaşinqton müasir silahlara daha köhnə və daha ucuz alternativlər təqdim etməyi də nəzərdən keçirir. ABŞ səlahiyyətliləri "Javelins” əvəzinə "TOW” tank əleyhinə raketlərini və yeni versiyalar əvəzinə "Hawk” "yer-hava” raketlərini göndərməyi düşünür. Onlar həmçinin Ukrayna ordusuna təchiz edilmiş silahlardan daha səmərəli və 20 min dollarlıq pilotsuz uçan aparatlarını 150 min dollarlıq raketlə vurmamasını məsləhət görürlər.

Nizami Bağırov