Xəbər lenti

Dünya 15:38 06.04.2024

NATO qoşunları Moldovaya yeridiləcək? - XİN açıqlama yaydı

Moldovanın xarici işlər naziri Mixay Popsoi deyib ki, NATO qoşunlarının ölkəyə guya mümkün yerləşdirilməsi ilə bağlı məlumatlar spekulyasiyadır.
 
Qaynarinfo xəbər verir ki, bu haqda RİA Novosti yazıb.

"Üçüncü ölkələrin ordularının hər hansı nümayəndəsi ilə bağlı hər cür fərziyyələr sadəcə fərziyyədir", - Moldova Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.
Nazir qeyd edib ki, Kişinyov sülhün və sabitliyin qorunmasına sadiqdir.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin rəis müavininin keçmiş köməkçisi Stiven Brayan Ukrayna Silahlı Qüvvələrinin (USQ) cəbhədəki uğursuzluğu fonunda Qərb ölkələrinin Moldovanı Rusiyaya qarşı tramplin kimi istifadə edə biləcəyini bildirmişdi.

Asia Times-a yazdığı məqalədə o qeyd edib ki, hazırda müvafiq planın Qərb üçün uğurlu olub-olmayacağı bəlli deyil, çünki "ölkə avropapərəst və rusiyapərəst elementlərə bölünüb”.

Bundan əlavə, o, Amerika qoşunlarının "rumınlarla birlikdə, guya JCET 2024 adlı hərbi təlimlərdə iştirak etmək üçün” artıq Moldovada olduğunu xatırladıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->