Dünya 19:48 15.05.2022

NATO rəsmi olaraq Rusiyanı özünə təhlükə kimi tanıya bilər - "Bloomberg"

NATO iyunda qəbul ediləcək yenilənmiş strategiyaeında Rusiya Federasiyasını Alyansa "birbaşa təhlükə” kimi təyin edə bilər. Sənədin 2010-cu ildən əvvəlki variantında Rusiya tərəfdaş adlandırılıb.

Qaynarinfo bu barədə "Bloomberg” istinadən xəbər verir.
 
NATO rəsmisinin sözlərinə görə, müttəfiqlərin gələcək strateji sənədində Rusiyanın davranışını birbaşa təhdid kimi vurğulayacağı gözlənilir. Onlar həmçinin təcavüzə məruz qalan qonşu ölkələrə ən yaxşı şəkildə necə dəstək veriləcəyini də nəzərdən keçirəcəklər.
 
Rəsmi qeyd edib ki, müttəfiqlər Moskvanın davranışı dəyişərsə, münasibətlərin bərpası ehtimalını "açıq” buraxacaqlar və əlavə edib ki, sənəd Çin və onun Rusiya ilə münasibətlərini də əhatə edir.

Strateji Konsepsiya adlanan sənəd Alyansın gələcək illər üçün prioritetlərini müəyyən edir. Sənədin yekun variantı 2022-ci il iyunun sonunda Madriddə keçiriləcək NATO sammitində hazırlanmalıdır.

 2010-cu ildə nəşr olunan əvvəlki versiyada Rusiya tərəfdaş adlandırılırdısa, bu dəfə bu mətn dəyişdiriləcək.

Nizami Bağırov