Dünya 14:08 20.12.2022

NATO üç günə Rusiyanı məğlub edəcək? - ABŞ konqresmeni

Şimali Atlantika Alyansı hərbi əməliyyatların baş verəcəyi təqdirdə Rusiyanı üç günə məğlub edə bilər. 

Qaynarinfo "Newsweek” jurnalına istinadla xəbər verir ki, bunu Respublikaçılar Partiyasının üzvü Adam Kinzinger deyib.

O, sosial şəbəkələrdə istifadəçinin alyansın niyə Rusiyanı hələ də açıq qarşıdurmada məğlub etməməsi ilə bağlı sualına münasibət bildirib. 

"Ümid edirəm ki, bu zarafatdır. NATO-nun Rusiyaya qarşı müharibəsi əsl üç günlük əməliyyat kimi olardı”, - parlamentari yazıb.

"Newsweek” jurnalının yazdığına görə, Kinzinger Rusiya xüsusi əməliyyatının ilk günlərindən Ukraynaya fəal dəstək verib.

Alpər