NATO-ya üzv ölkələrin liderləri Ukraynaya MiQ-29 və F-16 qırıcılarının təhvil verilməsi imkanlarını müzakirə edirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə NATO-nun keçmiş baş komandanı və ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis "Bloomberg”də köşə yazısında
bildirib.
"NATO ölkələrinin paytaxtlarında liderlər müharibənin ilk günlərində imtina edilmiş ideyanı yenidən müzakirə edirlər: Ukraynaya ya Sovet dövründən qalma MiQ-29 qırıcılar (polyaklar onları ukraynalılara təhvil verməyi təklif ediblər), ya da təlimi asan olan ABŞ-ın F-16 çoxfunksiyalı qırıcılar veriləcək”, - deyə Stavridis yazıb.
Onun fikrincə, belə addımlar atılmasa, Rusiya hava qarşıdurmasında üstünlüyünü saxlayacaq. Stavridis hesab edir ki, NATO həm də Kiyevə çoxlu sayda "hava-yer” raket kompleksləri, o cümlədən İsrail tərəfindən hazırlanmış "Dəmir günbəz” hava hücumundan müdafiə sistemi, həmçinin "Patriot” hava hücumundan müdafiə sistemi təqdim edəcək.
Nizami Bağırov
Şərhlər