Ölkə 20:59 01.02.2023

Naxçıvana sutəmizləmə qurğuları gətirildi

Naxçıvan şəhərinə cod su verilməsi ilə bağlı şikayətlərdən sonra problem öz həllini tapıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, problemin həlli ilə bağlı Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsi tərəfindən cod suyun filtrasiyası üçün nəzərdə tutulmuş xarici ölkə istehsalı olan membranlar alınaraq muxtar respublikaya gətirilib.

Artıq bir neçə günə vaxtı keçmiş bütün membranlar dəyişdiriləcək, əhaliyə təmiz su veriləcək.