Ekonomiks 23:05 22.05.2023

Naxçıvanda daha bir təyinat

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Samiq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən, Vüsal Ələkbər oğlu Məmmədov aparat rəhbəri təyin edilib.

Qeyd edək ki, Vüsal Məmmədov bundan öncə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin köməkçisi vəzifəsində çalışıb./APA